...

İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 28 İyun 2012 17:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.
İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Xorvatiyalı qonaq Bakıda keçiriləcək Krans Montana Forumunun önəmini vurğuladı.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti