...

Ukrayna parlamentinin spikeri istefaya gedir

Siyasət Materials 5 İyul 2012 16:02 (UTC +04:00)
Ukrayna Ali Radasının spikeri Vladimir Litvin istefası haqqında ərizə yazıb.
Ukrayna parlamentinin spikeri istefaya gedir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Ukrayna Ali Radasının spikeri Vladimir Litvin istefası haqqında ərizə yazıb.

Litvin, parlament dillərlə bağlı qanun layihəsini qəbul etdikdən sonra istefaya getmək haqqında niyyətini bəyan etmişdi. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Radanın mətbuat xidmətinin məlumatında deyilir.

"İyulun 4-də Ali Radanın Aparatında spiker Litvinin vəzifəsindən getməsi ilə bağlı ərizəsi qeydə alınıb", - mətbuat xidmətinin məlumatında qeyd edilir.

Xəbər lenti

Xəbər lenti