...

Əfqanıstan ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Siyasət Materials 5 İyul 2012 19:34 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Milli Fəlakətlər İdarəçiliyinin baş direktoru Mohammad Daim Kakarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əfqanıstan ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Milli Fəlakətlər İdarəçiliyinin baş direktoru Mohammad Daim Kakarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov əfqanıstanlı qonaqları ölkəmizdə salamlayıb, ölkəmizin qardaş Əfqanıstan xalqına hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb və bu ölkədə sülh və sabitliyin bərpasına tərəfdar olduqlarını diqqətə çatdırıb.

Mohammad Daim Kakar ölkəsinə olan dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, bir çox sahələrdə, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini qeyd edib. Qonaq Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin dəstəyini, xüsusilə, əfqanıstanlı ekspertlər üçün bu sahədə təlimlərin keçirilməsini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, fövqəladə halların, xüsusən də fəlakət və sel daşqınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti