...

Azərbaycanda diplomatik xidmət orqanlarının əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Siyasət Materials 9 İyul 2012 11:22 (UTC +04:00)
Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.
Azərbaycanda diplomatik xidmət orqanlarının əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycan xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Nadir Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Məhz 1919-cu il 9 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilib.

Xəbər lenti

Xəbər lenti