...

İspaniya Azərbaycanda səfirlik açacaq

Siyasət Materials 10 İyul 2012 15:46 (UTC +04:00)
İspaniya Azərbaycanda səfirliyini açmaq istiqamətində iş aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de-Benito Sekades çərşənbə axşamı jurnalistlərə bildirib.
İspaniya Azərbaycanda səfirlik açacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir M.Əliyev/

İspaniya Azərbaycanda səfirliyini açmaq istiqamətində iş aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de-Benito Sekades çərşənbə axşamı jurnalistlərə bildirib.

Sekades bildirib ki, səfirliyin açılması iki ölkə arasında əlaqələrin inkişafı baxımından müstəsna rol oynayacaq. "Azərbaycanda səfirliyin tez bir zamanda açılmasının tərəfdarıyıq", - o deyib.

Onun sözlərinə görə, İspaniya Afrika və bəzi Avropa ölkələrində səfirliklərini bağlayacaq, amma bu region üzrə isə Azərbaycanda səfirliyini açacaq. "Bu məsələ Bakıda keçirdiyimiz görüşlərdə müzakirə olunub", - Sekades bildirib.

İspaniyanın xarici işlər üzrə dövlət katibi Azərbaycan tərəfini 2012-ci ilin oktyabr ayında Madriddə keçiriləcək beynəlxalq sərgidə iştiraka dəvət edib.

Xəbər lenti

Xəbər lenti