Azərbaycan, Bakı, 10 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.