...

İran İraqda elektrik stansiyası tikir

Siyasət Materials 20 İyul 2012 14:30 (UTC +04:00)
İran öz hesabına İraqın Nəcəf şəhərinin Əl-Heydəriyyə bölgəsində gücü 525 MVt olan buxar-qaz elektrik stansiyası tikir.
İran İraqda elektrik stansiyası tikir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Cəfərov/

İran öz hesabına İraqın Nəcəf şəhərinin Əl-Heydəriyyə bölgəsində gücü 525 MVt olan buxar-qaz elektrik stansiyası tikir. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir. Məlumata əsasən, elektrik stansiyasının tikintisi 300 milyon dollara başa gələcək.

İraq İrandan sutkada 1000 meqavat elektrik enerjisi idxal edir. İndiyədək bu ölkənin İrana enerji idxalına görə 500 milyon dollar borcu var.

Məlumata əsasən, İran bu elektrik stansiyasını Kərbəla və Nəcər əyalətlərinin əhalisinə və zəvvarlarına hədiyyə edir.

İraqın Kərbəla şəhərində İmam Hüseyn, Nəcəf şəhərində isə İmam Əli əleyhissalamın ziyarətgahı yerləşir.

Xəbər lenti

Xəbər lenti