...

İran Xəzərdə yeni liman açır

Siyasət Materials 9 Avqust 2012 17:37 (UTC +04:00)
İran iki həftədən sonra Xəzər dənizində Astara yeni dəniz limanını açacaq.
İran Xəzərdə yeni liman açır

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbirlər T.Cəfərov, V.Javoronkova/

İran iki həftədən sonra Xəzər dənizində Astara yeni dəniz limanını açacaq. Trend-in "Moj News"a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Gilan əyalətnin Gəmiçilik İdarəsinin sədri Fərhad Müntəsər Kuhsari bildirib.

"Yeni liman ildə 3,5 milyon ton yükü qəbul edib göndərə biləcək, lakin birinci mərhələdə limanın ildə 2,5 milyon ton yükü qəbul edərək göndərəcəyi planlaşdırılır", - Kuhsari deyib.

İran Gəmiçilik Şirkəti və KAVEH şirkəti 2009-cu ildə Azərbaycan ilə sərhəddə yerləşən Astarada yeni limanın tikintisinə dair müqavilə imzalamışdılar. Tikinti işləri 5-6 il ərzində başa çatdırılmalıdır. Gilan əyalətinin Gəmiçilik İdarəsi layihəyə təqribən 78 milyon dollar investisiya qoyub.

Kuhsarinin sözlərinə gröə, limanın müdafiəsi məqsədilə 30 metrlik dalğaqıran qurğunun tikilməsi planlaşdırılmışdı və bu iş artıq başa çatıb. Limanın akvatoriyasında dəniz dibinin dərinləşdirilməsi işləri davam etdirilir. Limanda 4 yanalma körpüsü olacaq ki, bunun 3-ü quru yüklərin, biri isə neft və neft məhsullarının işlənməsinə hesablanıb.

Kuhsari qeyd edib ki, Astara limanının açılması avqustun 23-28-də İranda keçiriləcək "Hökumət həftəsi" çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti