...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bir milyon manat ayrılıb

Siyasət Materials 13 Avqust 2012 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bir milyon manat ayrılıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti