...

İraq Ermənistanda səfirlik açmaq niyyətindədir

Siyasət Materials 3 Sentyabr 2012 18:46 (UTC +04:00)
İraq Ermənistanda səfirlik açmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Novosti Armeniya" agentliyinə istinadən məlumat verir.
İraq Ermənistanda səfirlik açmaq niyyətindədir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

İraq Ermənistanda səfirlik açmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Novosti Armeniya" agentliyinə istinadən məlumat verir.

Mövcud məsələ avqustun 29-da Ermənistanın İraqdakı səfiri Murad Muradyanın İraq xarici işlər nazirinin müavini Lübeyd Abaui ilə görüşündə müzakirə edilib.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli hüquq-müqavilə sahəsinin yaradılması məsələsinə toxunulub.

Abaui qeyd edib ki, o, Ermənistanda İraq səfirliyinin açılması məsələsi ilə şəxsən məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti