...

Azərbaycan Prezidenti Administrasiyasında yeni sektor yaradılır

Siyasət Materials 4 Sentyabr 2012 20:12 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Administrasiyasında yeni sektor yaradılır

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənədə əsasən, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" hissəsində "Dəftərxana (sektor hüququnda)" bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilir:

"Elektron sənəd dövriyyəsinin təşkili sektoru
Ştat vahidi - 5".

Xəbər lenti

Xəbər lenti