...

Azərbaycan Macarıstana nota verib

Siyasət Materials 6 Sentyabr 2012 17:31 (UTC +04:00)
Azərbaycan Macarıstanın notasına nota ilə cavab verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Azərbaycan Macarıstana nota verib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Macarıstanın notasına nota ilə cavab verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Notada qeyd edilib ki, Ramil Səfərov Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun olaraq azad edilib", - Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, notada həmçinin qeyd olunub ki, ölkə konstitusiyası Azərbaycan Prezidentinə əfv etməyə görə müstəsna hüquq verir.

"Səfərovun təhvil verilməsi və əfvi Azərbaycan və beynəlxalq qanunvericiliklərə uyğun olaraq həyata keçirilib", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Səfərovun işinə Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır, çünki Səfərov Ermənistanın Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin şahidi olub.

Xəbər lenti

Xəbər lenti