...

NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir – baş katib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Sentyabr 2012 12:28 (UTC +04:00)
NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir.
NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir – baş katib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 11.04-də yayılıb)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen özünün Twitter səhifəsində yazır.
Rasmussenin sözlərinə görə, onun Azərbaycana səfəri vaxtında edilib.

"NATO və Azərbaycan son vaxtlar tərəfdaşlığın dərinləşməsi üzrə mühüm addımlar atırlar. Azərbaycan ISAF-la daha dərindən və sıx əməkdaşlıq etməyi öhdəsinə götürüb", - o yazır.

NATO baş katibinin sözlərinə görə, o, diplomatların hazırlanmasında mühüm rol oynayan Azərbaycan Diplomatik Akademiyasında olmasından çox şaddır.

"Mən burada, xüsusilə də Azərbaycan Diplomatik Akademiyasında olmağımdan çox şadam. Bu, mühüm beynəlxalq məsələlər məktəbidir və bu ölkədən, regiondan və başqa dövlətlərdən çoxlu sayda tələbələri cəlb edir", - Rasmussen bildirib.

Baş katibin sözlərinə görə, Azərbaycan öz ərazisindən NATO yüklərinin daşınmasına icazə verməklə, alyansın Əfqanıstandakı əməliyyatlarında vacib rol oynayır.

"Siz əfqan təhlükəsizlik qüvvələrinin hazırlanmasına qiymətli maliyyə töhfəsi vermisiniz. Həmin pay hərbi qulluqçuların yola salınmasından az nəzərə çarpır, lakin onlar heç də az əhəmiyyətli deyil. Azərbaycan NATO-nun Əfqanıstan üzrə möhkəm, etibarlı tərəfdaşı olub və olmaqda davam edir", - Rasmussen deyib.

Baş katibin sözlərinə görə, alyans, o cümlədən Cənubi Qafqaz regionundakı tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

"Bizə təhlükəsizliyə və bizim dəyərlərimizə səylərimizi bölüşən tərəfdaşlar lazımdır. Вununla əlaqədar biz Azərbaycanı seçkilər və azad KİV kimi sahələrdə demokratik islahatları davam etdirməyə çağırırıq", - Rasmussen deyib.

Onun sözlərinə görə, NATO-Azərbaycan tərəfdaşlığı Bakı üçün unikal təhlükəzilik forumuna yol açır ki, orada Əfqanıstandakı kimi həyati vacib təhlükəsizlik məsələlərini həll etmək mümkündür.

"Tərəfdaşlığımızı, habelə Azərbaycandakı islahatlar da dəstəkləyir. Xüsusilə, müasir təhlükəsizlik çağırışlarına aidiyyəti olan və çoxmillətli əməliyyatlarda tam şəkildə öz rolunu oynamaq iqtidarında olan müdafiə sahəsindəki islahatlar", - o deyib.

Rasmussen bildirib ki, NATO və Azərbaycanın əməkdaşlığının böyük hissəsi hərbi sahədə təhsilə yönəlib.

"Biz, habelə enerji təhlükəsizliyi və kiber-təhlükəsizlik sahəsində əməkdaşlığımızı dərinləşdiririk. Lakin bütün bu uğurlara baxmayaraq, bu region əvvəlki kimi ciddi təhlükəsizlik problemləri ilə üzləşir. Və Dağlıq Qarabağ münaqişəsi daha aktual regional problem olaraq qalır", - o deyib.

"Regionda gərginlik azalmalı, barışıq və əməkdaşlığa yardım üçün tədbirlər görülməlidir. Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır və NATO Azərbaycanın mühüm tərəfdaşı qalmaqda davam edəcək", - Rasmussen qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan NATO üçün mühüm tərəfdaşdır və NATO Azərbaycan üçün vacib tərəfdaş qalmaqda davam edir: "Biz artıq birlikdə çox şeyə nail olmalıyıq. Bizim daha çox iş görmək imkanımız var".

Xəbər lenti

Xəbər lenti