...

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsində çıxış etmişdir

Siyasət Materials 14 Sentyabr 2012 09:06 (UTC +04:00)
Cümə axşamı günü aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Vaşinqton ofisində Azərbaycanla bağlı tədbir keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyində məlumat verilib.
Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsində çıxış etmişdir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Cümə axşamı günü aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Vaşinqton ofisində Azərbaycanla bağlı tədbir keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyində məlumat verilib.

İşçi nahar formatında keçirilən tədbirdə AYK-nin dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etmişdir. Tədbirdə ABŞ-dakı yəhudi icmasının tanınmış nümayəndələri, diplomatlar, region üzrə ekspertlər və akademik dairələrin nümayəndələri iştirak etmişlər. Eyni zamanda, ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədrinin müavini Sevinc Fətəliyeva tədbirdə iştirak etmişdir. Müzakirələr zamanı Azərbaycanın regiondakı aparıcı mövqeyi, uğurlu xarici siyasəti və qazandığı nailiyyətlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Səfir öz çıxışında ilk öncə AYK-nın Azərbaycana olan marağına görə öz məmnuniyyətini ifadə etmiş və bu yaxınlarda AYK-nin icraçı direktoru Devid Harrisin Azərbaycana olan uğurlu səfərini xatırlatmışdır.

Süleymanov Azərbaycanın çox həssas bir coğrafiyada sabitlik və inkişaf faktoru olmasından bəhs etmişdir. O, bu gün Azərbaycanın bütün regionun inkişafına töhfə vermək arzusunda və iqtidarında olduğunu bildirmişdir. Səfir əhalinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda qadınların ictimai həyatda mühüm rol oynadığını, cəmiyyətdə etnik və dini tolerantlığın bərqərar olduğunu qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın bu prosesdə rolunun artırılmasına şəxsən diqqət göstərdiyini xüsusi vurğulamışdır. Səfir dünyəvi bir müsəlman ölkəsi olaraq Azərbaycanın təqdim etdiyi modelin Qərb dövlətləri, o cümlədən ABŞ tərəfindən dəstəklənməsinin vacib olduğunu demişdir.

Azərbaycan-ABŞ münasibətlərindən bəhs edən səfir iki ölkə arasındakı strateji tərəfdaşlığın regional təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra nəhəng iqtisadi layihələrin reallaşması baxımından əhəmiyyətini vurğulamışdır. O, hər iki ölkənin xalqlarının maraqlarına cavab verən ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.

Eyni zamanda, Azərbaycan-İsrail münasibətlərinə toxunan Süleymanov Azərbaycan və Yəhudi xalqlarının tarixən dost xalqlar olduğunu demiş və iki dövlət arasındakı hazırkı münasibətlərin bu möhkəm dostluğun ruhuna uyğun olduğunu qeyd etmişdir. O, Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlığın hər iki dövlətin maraqlarına cavab verdiyini və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti