...

Livanda nümayişçilərlə polis arasında baş verən toqquşma nəticəsində bir nəfər ölüb

Siyasət Materials 14 Sentyabr 2012 20:03 (UTC +04:00)
Livanın Tripoli şəhərində ABŞ istehsallı "Müsəlmanların məsumiyyəti" filminə etiraz edən nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb.
Livanda nümayişçilərlə polis arasında baş verən toqquşma nəticəsində bir nəfər ölüb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Livanın Tripoli şəhərində ABŞ istehsallı "Müsəlmanların məsumiyyəti" filminə etiraz edən nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Roma papası XVI Benediktin Livana səfərinə də etiraz edən nümayişçilər hökumət binalarının birini ələ keçirməyə cəhd ediblər.

Xəsarət alanlar arasında 12 polis əməkdaşı da var.

Qeyd edək ki, bu gün Roma papası XVI Benediktin Livana üçgünlük səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti