...

Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin yaradılması üçün pilot layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 17 Sentyabr 2012 19:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin yaradılması üçün pilot layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti