...

Ohayo Ştatının Nümayəndələr Palatasının üzvləri ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirirlər

Siyasət Materials 20 Sentyabr 2012 19:05 (UTC +04:00)
Azərbayanda səfərdə olan ABŞ-ın Ohayo Ştatının Nümayəndələr Palatasının üzvləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Ohayo Ştatının Nümayəndələr Palatasının üzvləri ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirirlər

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbayanda səfərdə olan ABŞ-ın Ohayo Ştatının Nümayəndələr Palatasının üzvləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin sədr müavini Sevinc Fətəliyeva qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu, mövcud seçki sistemi, ölkəmizdə reallaşdırılan islahatlar, terrorizmə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. Söhbət zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə obyekti olub.

Ohayo Ştatının Nümayəndələr Palatasının Respublikaçılar çoxluğunun təşkilatçısı Con Adams Azərbaycana səfərlərindən, burada keçirdikləri görüşlərdən razı qaldıqlarını deyib.

Qonaqlar ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiklərini və qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını diqqətə çatdırıblar.

Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişafı, təhsil sahəsində əməkdaşlığın perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti