...

Avropa "yaşıllar"ı Bakıya səfər edəcək

Siyasət Materials 21 Sentyabr 2012 17:47 (UTC +04:00)
Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti sentyabrın 23-də Bakıya səfər edəcək.
Avropa "yaşıllar"ı Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti sentyabrın 23-də Bakıya səfər edəcək.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Trend-ə bildirib ki, nümayəndə heyətinə Avropa Yaşıllar Partiyasının baş katibi Jeklayn Kramer və Macarıstan və Almaniya yaşıllar partiyalarının nümayəndələri daxil olacaq.

Səfər zamanı Avropa "yaşıllar"ı Azərbaycanın iqtidar və müxalifət partiyaları ilə görüşlər kecirəcək, Azərbaycanda və xaricdə olan ictimai-siyasi vəziyyəti, əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti