...

Məsut Yılmaz: İşlər belə getsə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq

Siyasət Materials 27 Sentyabr 2012 12:54 (UTC +04:00)
İşlər belə getsə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq.
Məsut Yılmaz: İşlər belə getsə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

İşlər belə getsə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib.

"Azərbaycan Afrikadakı uzaq bir ölkə deyil və Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinin həll olunmasında aktiv rol oynamalıdır", - sabiq baş nazir vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı tələbatını ödəmir və bu da qarşılıqlı əməkdaşlığa müsbət təsir göstərmir.

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində daima Azərbaycanın yanındadır. Avropa buna görə Türkiyəni birtərəflilikdə ittiham edir. Lakin bu, birtərəflilik deyil, Türkiyə ədalətin yanındadır. Əgər Türkiyənin mövqeyi belə haqsız ittiham olunarsa, düşünürəm ki, yaxında Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq", - Yılmaz bildirib.

Xəbər lenti

Xəbər lenti