...

Elmar Məmmədyarov: Azərbaycan ərəb regionunda sülh və sabitliyin əldə olunması üçün səy göstərəcək (FOTO)

Siyasət Materials 27 Sentyabr 2012 16:55 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü və Ərəd Dövlətləri Liqasında müşahidəçi kimi ərəb regionunda sülh və sabitliyin əldə olunması üçün hər cür səy göstərəcək.
Elmar Məmmədyarov: Azərbaycan ərəb regionunda sülh və sabitliyin əldə olunması üçün səy göstərəcək (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü və Ərəd Dövlətləri Liqasında müşahidəçi kimi ərəb regionunda sülh və sabitliyin əldə olunması üçün hər cür səy göstərəcək. Trend-in məlumatına görə, bu barədə sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT TŞ-də Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli müşavirədə çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, müşavirə Yaxın Şərq regionunda tarixi dəyişikliklərin baş verdiyi dövrdə keçirilir ki, bu da cəmiyyətin öz taleyini formalaşdırmaq istəyini və qətiyyətini sübut edir.

Məmmədyarov bildirib ki, dəyişikliklər prosesi insan haqlarına riayət olunması və hamı üçün iqtisadi və sosial rifahın təmin olunması istiqamətində ümidverici tendensiya verir.

Onun sözlərinə görə, eyni zamanda, böhranın səbəblərinin dərindən təhlili edilməsinə aşkar zərurət mövcuddur, bu mürəkkəb prosesin təhlükəsizliyin regional və qlobal arxitekturası üçün mümkün nəticələrinin olacağı görünür.

"Regional təşkilatların heç də hamısı problemin həllinə səmərəli yardım göstərə bilmir. Ərəb Dövlətləri Liqası regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işində təşəbbüsü öz əlinə almaq iqtidarında olan regional təşkilatlardan biridir", - nazir deyib.

Nazirin sözlərinə görə, bununla əlaqədar Azərbaycan BMT ilə ƏDL arasında öz tarixinin bu mürəkkəb dövründə ümumi məqsədi region dövlətlərində sülhün və təhlükəsizliyin mökəmləndirilməsi olan bu əməkdaşlığı alqışlayır.

Məmmədyarov deyib ki, onların iştirakı və mövcudluğu münaqişələrin qarşısının alınması və nizamlanması, böhranlara reaksiya və idarəetmə, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələrdə mühüm tapşırıqların yerinə yetirilməsində mühüm rol oynayır.

"Beynəlxalq ictimaiyyət beynəlxalq normalar və hüquq prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında regional böhranların və münaqişələrin həllinə kömək üzrə BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi öz səylərində ardıcıl olmaqda davam etməlidir. Azərbaycan dünyanın müxtəlif yerlərində həlli yubanan münaqişələrin nizama salınması ilə bağlı bu yanaşmanı fəal şəkildə dəstəkləyir", - Məmmədyarov deyib.

Nazir, habelə bu yaxınlarda müsəlmanları təhqir edən təxribatçı hərəkətlərlə əlaqədar gərginliyin artmasından dərin narahatlığını ifadə edib.

"Biz dinə edilən bütün hücumları qətiyyətlə pisləyirik. Eyni zamanda, mülki şəxslərə, eləcə də diplomatik personala edilən hücumlara heç bir halda haqq qazandırıla bilməz", - o deyib.

Son məlumatlara görə, müsəlıman dünyasının ideallarını eybəcərləşdirilmiş şəkildə nümayiş etdirən filmlə bağlı etirazlar zamanı ABŞ-ın Liviyadakı səfiri də daxil olmaqla ən azı 51 nəfər öldürülüb və ya zərər çəkib.

Xəbər lenti

Xəbər lenti