...

Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 27 Sentyabr 2012 18:42 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cümə axşamı Serbiyanın xarici işlər naziri İvan Mrkiç ilə görüş keçirib.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cümə axşamı Serbiyanın xarici işlər naziri İvan Mrkiç ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində lazımi addımların atılması, o cümlədən qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müvafiq ikitərəfli sənədlərin imzalanması barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti