...

Səməd Seyidov: Avropa Şurasını Rusiyasız təsəvvür etmək olmaz

Siyasət Materials 2 Oktyabr 2012 15:38 (UTC +04:00)
Avropa Şurasını Rusiyasız təsəvvür etmək olmaz. Rusiya AŞ-nin ən böyük ölkəsidir və orada gedən proseslər bütün ölkələrə təsir göstərir.
Səməd Seyidov: Avropa Şurasını Rusiyasız təsəvvür etmək olmaz

Fransa, Strasburq, 2 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurasını Rusiyasız təsəvvür etmək olmaz. Rusiya AŞ-nin ən böyük ölkəsidir və orada gedən proseslər bütün ölkələrə təsir göstərir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının ikinci günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov Monitorinq Komitəsinin Rusiya üzrə həmməruzəçiləri Giorgi Frunda və Andreas Qross tərəfindən hazırlanan "Rusiya Federasiyasının öhdəliklərinin yerinə yetirilməsi" adlı hesabatın müzakirəsi zamanı çıxışında deyib.

"Rusiya Avropa Şurasının ən böyük ölkəsidir və orada gedən proseslər bütün ölkələrə təsir göstərir. Bu gün burada çıxış edənlərin əksəriyyəti özlərinin Rusiyaya dost kimi təqdim olunmasına çalışıblar. Ancaq bu nəsə maraqlı dostluq kimi qiymətləndirilməlidir. Ona görə ki, bu dostluq nəticəsində Rusiya Federasiyasından konfrontasiya və onun gördüyü işlərin üstündən xətt çəkilib. Biz belə yanaşma ilə qəti razı ola bilmərik. Çünki son zamanlar Rusiyada gedən proseslər Avropa dəyərlərinin Rusiyaya gətirilməsi istiqamətində çox böyük bir nəticə və tövsiyələr verib", - millət vəkili qeyd edib.

Seyidov Rusiya ilə bağlı normal şəkildə yazılmış məruzənin ikinci dəfə AŞ Nazirlər Komitəsi tərəfindən monitorinq altına salınmasının qeyri-obyektiv yanaşma olduğunu qeyd edib.

"Biz hesab edirik ki, normal şəkildə yazılmış məruzənin ikinci dəfə AŞ Nazirlər Komitəsi tərəfindən monitorinq altına salınması qeyri-obyektiv yanaşmadır və Azərbaycan tərəfi olaraq, bu yanaşmanın əleyhinə çıxış edəcəyik. Hesab edirik ki, Rusiya kimi ölkəni ikinici dəfə monitorinq altına salmaqla başqa ölkələrə mesaj verirsiniz. Bu mesaj da ondan ibarətdir ki, siz nə qədər Avropaya yaxınlaşsanız, Avropa dəyərlərini gətirsəniz də, biz sizi Avropa ailəsində görməyə hazır deyilik. Mən əminəm ki, bu sessiya, bu səsvermə lazım olmayan bəndləri aradan götürəcək və bununla Rusiya yox, AŞ-nin özünün nüfuzunu artıracaq", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti