...

Milli Televiziya və Radio Şurasının əməkdaşları təltif edilib

Siyasət Materials 3 Oktyabr 2012 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Televiziya və Radio Şurası əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli Televiziya və Radio Şurasının əməkdaşları təltif edilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Milli Televiziya və Radio Şurası əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayeva Kifayət Alay qızı
Xudat-zadə Fikrət Əhməd oğlu
Qaraşov Rafail Buruza oğlu

Dövlət başçısının digər sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adlar verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Jurnalist" fəxri adı verilsin:

Cəbiyev Qafar Cəfər oğlu
Vəliyeva Sona Məhəmməd qızı

Xəbər lenti

Xəbər lenti