...

AŞ PA Mixail Saakaşvilinin konstruktiv mövqeyini alqışlayır

Siyasət Materials 4 Oktyabr 2012 04:05 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Gürcüstan Prezidenti Mixail Saakaşvilinin konstruktiv mövqeyini alqışlayır.
AŞ PA Mixail Saakaşvilinin konstruktiv mövqeyini alqışlayır

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Gürcüstan Prezidenti Mixail Saakaşvilinin konstruktiv mövqeyini alqışlayır. Trend-in məlumatına görə, bu barədə AŞ PA sədri Jan-Klod Minyon çərşənbə günü qurumun payız plenar sessiyasında bəyan edib.

"Gürcüstan demokratik seçkilərin keçirilməsinin möhkəmləndirilməsində önəmli mərhələni adlayıb. Mən yeni hökumətin formalaşdırılması prosesini asanlaşdırmaq istədiyini açıqlayan Prezident Mixail Saakaşvilinin konstruktiv yanaşmasını xüsusilə alqışlayıram. Bundan əlavə, Gürcüstan xalqının mənafeyi və bölgədə sabitlik naminə bu birgə hakimiyyət dönəmini uğurla yerinə yetirmək üçün siyasi qüvvələri dialoqa çağırıram", - Minyon bildirib.

Qeyd edək ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland da Gürcüstandakı seçkilərin nəticələrinin elanında bəyanatla çıxış edib.

AŞ baş katibi qeyd edib ki, açıq və rəqabət şəraitində keçən, eləcə də beynəlxalq müşahidəçilər, o cümlədən AŞ PA müşahidəçiləri tərəfində demokratik seçkilər kimi tanınan seçkilərin yaxşı keçməsi son illər Gürcüstan cəmiyyətinin demokratik transformasiyasının aydın və birmənalı işarəsi kimi başa düşülməlidir.

Yaqland "Gürcü arzusu" koalisiyasını da seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

"Mən "Gürcü arzusu" koalisiyasını da qələbə münasibətilə təbrik edirəm. İndi bütün seçki mərhələlərini sona çatdırmaq, eləcə də hakimiyyət başına keçidin sakit və konstruktiv ab-havada aparılması önəmlidir. AŞ isə öz növbəsində gənc, amma dinamik Gürcüstan demokratiyasına təməl dəyərlərini müdafiə etməkdə, eləcə də onu gözləyən çağırışların qaldırılmasında kömək etməyə hazırdır", - baş katib deyib.

Xəbər lenti

Xəbər lenti