...

Mövlud Çavuşoğlu: AŞPA-nın siyasi məhbuslarla bağlı qəbul etdiyi son məruzə qeyri-obyektivlik üzərində qurulub

Siyasət Materials 5 Oktyabr 2012 11:07 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslarla bağlı qəbul etdiyi son məruzə qeyri-obyektivlik üzərində qurulub.
Mövlud Çavuşoğlu: AŞPA-nın siyasi məhbuslarla bağlı qəbul etdiyi son məruzə qeyri-obyektivlik üzərində qurulub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslarla bağlı qəbul etdiyi son məruzə qeyri-obyektivlik üzərində qurulub. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə Türkiyə parlamentinin üzvü, AŞPA-nın sabiq prezidenti Mövlud Çavuşoğlu siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin təqdim etdiyi son məruzəsinə münasibət bildirərkən deyib.

"Üç il öncə hazırlığına başlanılan məruzənin təkmil sənəd olacağına inanırdıq və onun hər bir ölkə üçün keçərli olacağını düşünürdük. Lakin hazırlanan sənəd yalnız Azərbaycanla əlaqələndirilib", - o qeyd edib.

Çavuşoğlu bildirib ki, siyasi məhbusların təyin olunması üçün vahid mexanizm yaradılmalıdır. Bu məsələ həm Mərkəzi, həm də Şərqi Avropa ölkələri üçün müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti