...

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Siyasət Materials 7 Oktyabr 2012 13:52 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib, bu barədə Azərbaycan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib, bu barədə Azərbaycan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.

Azərbaycan Respublikasının Prezidenti Vladimir Putini 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.

Xəbər lenti

Xəbər lenti