Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) oktyabrın 13-nə təyin olunmuş yürüş aksiyası keçirmək üçün müraciətinə cavab verib.
BŞİH-dən Trend-ə bildirilib ki, müraciətə rəsmi cavab verilib.
Trend-in məlumatına görə, müraciətdə şəhər rəhbərliyi göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-yə Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.