...

Azərbaycan deputatları Moskva və İstanbulda gənclər sahəsinə aid tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 10 Oktyabr 2012 18:47 (UTC +04:00)
Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III hesabat-seçki konfransında iştirak etmək üçün oktyabrın 11-dən 14-dək Moskvada səfərdə olacaqlar.
Azərbaycan deputatları Moskva və İstanbulda gənclər sahəsinə aid tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III hesabat-seçki konfransında iştirak etmək üçün oktyabrın 11-dən 14-dək Moskvada səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Rusiya gənclər forumu keçiriləcək və təşkilatın idarə heyətinə seçkilər aparılacaq.

Sonra deputatlarımız oktyabrın 14-dən 16-dək İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forumun işinə qatılacaqlar.

Onlar konfransda müzakirə edilən məsələlərlə əlaqədar öz fikirlərini bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti