...

Türkiyə AvroRHM sistemini Suriyaya tuşlayıb

Siyasət Materials 12 Oktyabr 2012 10:26 (UTC +04:00)
Türkiyə Malatya şəhəri yaxınlığında yerləşən Kürəcik bazasındakı AvroRHM sistemini Suriyadakı vəziyyəti izləmək üçün bu ölkəyə tuşlayıb.
Türkiyə AvroRHM sistemini Suriyaya tuşlayıb

Azərbaycan, Bakı, 12 oktyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyə Malatya şəhəri yaxınlığında yerləşən Kürəcik bazasındakı AvroRHM sistemini Suriyadakı vəziyyəti izləmək üçün bu ölkəyə tuşlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Bu, Türkiyəyə Suriyanın hökumət qoşunlarının hücum və müdafiə əməliyyatlarına, eləcə də raket buraxılışlarına nəzarət etməyə imkan verəcək. Qəzetin məlumatına görə, Türkiyə bu qərarı NATO-nun razılığı ilə, oktyabrın 3-də Suriya ərazisindən mərmi atılması nəticəsində beş türk vətəndaşının ölümündən sonra qəbul edib.

Türkiyədə AvroRHM elementlərinin yerləşdirilməsi barədə qərar 2010-cu ildə NATO-nun Lissabon sammitində qəbul edilib. Türkiyə əvvəlcə bu təşəbbüsü dəstəkləməkdən imtina edib.
Kürəcik hərbi bazasında RHM radarlarının yerləşdirilməsi haqqında sazişi 2011-ci ilin sentyabrında ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone və Türkiyənin xarici işlər nazirinin müşaviri Firuddin Sinirlioğlu imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti