...

Türkiyə Suriya təyyarəsi ilə bağlı insidentə görə ICAO-ya hesabat təqdim edəcək

Siyasət Materials 12 Oktyabr 2012 13:29 (UTC +04:00)
Türkiyə Moskvadan Dəməşqə istiqamət alan Suriya təyyarəsinin ölkə qırıcıları tərəfindən məcburi olaraq Ankara aeroportuna endirilməsi ilə bağlı insident haqqında Beynəlxalq Mülki Avsiasiya Məhkəməsinə (ICAO) hesabat təqdim edəcək.
Türkiyə Suriya təyyarəsi ilə bağlı insidentə görə ICAO-ya hesabat təqdim edəcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Moskvadan Dəməşqə istiqamət alan Suriya təyyarəsinin ölkə qırıcıları tərəfindən məcburi olaraq Ankara aeroportuna endirilməsi ilə bağlı insident haqqında Beynəlxalq Mülki Avsiasiya Məhkəməsinə (ICAO) hesabat təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti hökumətdəki mənbəyə istinadən xəbər verir.

Hesabatda insident və təyyarənin göyərtəsindən götürülən yükün xarakteri ətraflı təsvir ediləcək. Mənbənin məlumatına görə, digər yüklərlə yanaşı, radiosiqnalların tapılması və söndürülməsi üçün istifadə edilən "Jammaer" aparatı, həmçinin hərbi rabitə vasitələri aşkar edilib.

Qeyd edək ki, çərşənbə günü Türkiyə HHQ-yə məxsus F-16 qırıcıları Moskvadan Dəməşqə uçan, göyərtəsində 35 sərnişinin olduğu Suriyanın "Аirbus А-320" təyyarəsini Ankara aeroportunda yerə enməyə məcbur edib. Səbəb kimi təyyarənin göyərtəsində hərbi yükün olması ehtimalı irəli sürülüb.

Suriya təyyarəsinin göyərtəsində axtarış beş saat davam edib. Türkiyə tərəfi axtarışın nəticələri üzrə hərbi məqsədlər üçün istifadə olunan radiostansiyaların hissələrinin aşkar edildiyini elan edib.

Daha sonra Türkiyə Suriya təyyarəsinə Ankaradan yola düşməyə icazə verib, lakin göyərtədəki yükün bir hissəsinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti