...

İlham Əliyev UEFA prezidentini qəbul edib

Siyasət Materials 13 Oktyabr 2012 16:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.
İlham Əliyev UEFA prezidentini qəbul edib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.

Görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirildi.

Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti