...

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb

Siyasət Materials 16 Oktyabr 2012 12:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin növbəti plenar iclası çərşənbə axşamı öz işinə başlayıb.
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin növbəti plenar iclası çərşənbə axşamı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə 16 məsələ daxil edilib.

Parlament bu gün M.C.Muradovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsini, F.İ.İbrahimovun Azərbaycan Hesablama Palatasının auditoru təyin edilməsini təsdiq etməsi gözlənilir. Həmçinin iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi müzakirə olunacaq.

Milli Məclisin plenar iclasında "Dövlət qulluğu haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə, həmçinin Əmək, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.

İclasın sonunda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti