Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Suriya ilə sərhəd ərazilərdə hava hücumundan müdafiə (HHM) bazaları yaratmağa başlayıb. Bu barədə Trend çərşənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.
HHM bazaları Şanlıurfa əyalətinin Akçakale, Suruç və Ceylanpınar rayonlarında quraşdırılacaq.
Bazalar zenit və raket əleyhinə sistemlərlə, radarlarla təchiz ediləcək.