İlham Əliyev Belarusun Baş nazirinin birinci müavinini qəbul edib

Siyasət Xəbər 30 Oktyabr 2012 13:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Belarusun Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olundu, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti