...

Azərbaycan Prezidenti İlham Əliyev Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 31 Oktyabr 2012 13:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri və xaricdən gəlmiş qonaqlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Rusiyanın Xalq Artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışdılar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti