...

NATO PA-nın Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib

Siyasət Materials 13 Noyabr 2012 23:00 (UTC +04:00)
NATO Parlament Assambleyasının Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib.
NATO PA-nın Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib

Belçika, Brüssel, 13 noyabr /Trend, müxbir E.Mehdiyev/

NATO Parlament Assambleyasının Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib.

Trend-in Brüsseldə olan əməkdaşının bildirdiyinə görə, bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, qətnamədə NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması marşrutları qeyd olunsa da, orada Xəzər dənizi - Cənubi Qafqaz dəhlizi qeyd olunmayıb. Azərbaycanı təmsil edən deputatlar tərəfindən məsələ qaldırıldıqdan sonra bu marşrut sənədə əlavə olunub:

İbrahimli deyb ki, Qətnamədə Mərkəzi Asiya-Rusiya və Pakistan marşrutları göstərilmişdi.

"Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən Cənubi Qafqaz dəhlizi ən qısa və optimal yoldur. Bizim heyət səy göstərərək bunu sənədə daxil etdirdi" İbrahimli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti