...

Türkiyə yeni "Altay" tankı buraxıb (FOTO)

Siyasət Materials 14 Noyabr 2012 17:23 (UTC +04:00)
Türkiyənin hərbi-sənaye şirkəti yeni yerli "Altay" tankı buraxıb.
Türkiyə yeni "Altay" tankı buraxıb (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hərbi-sənaye şirkəti yeni yerli "Altay" tankı buraxıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, bu tankın istehsalında 50 hərbi təlimatçı iştirak edib.

Sınaqdan keçirildikdən sonra "Altay" tankı Türkiyə ordusunda istifadə olunacaq.

Son illər Türkiyə hərbi-sənaye şirkəti müdafiə təyinatlı yerli məhsulların istehsalını davam etdirir. Bir müddət əvvəl məlumat verilmişdi ki, Türkiyənin "Aselsan" hərbi-sənaye şirkəti mobil forpostlar istehsal edəcək.

Mobil forpostlar terrorçu Kürd Fəhlə Partiyasının döyüşçülərinə qarşı aktiv mübarizə aparılan yerlərdə tez bir vaxtda quraşdırma üçün nəzərdə tutulub. Onları operativ çatdırmaq və quraşdırmaq mümkündür. Mobil forpostların ilk nümunələri sınaqdan uğurla keçib.

Foto - Anadolu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti