...

Ərdoğan: Türkiyə hərbi texnikanın mühüm ixracatçısına çevrilib (VİDEO)

Siyasət Materials 15 Noyabr 2012 18:06 (UTC +04:00)
В результате роста производства военной продукции быстрыми темпами Турция в течение десяти лет превратилась в важного экспортера военной техники, сказал премьер-министр Турции Реджеп Тайип Эрдоган, выступая на церемонии презентации первого танка местного производства "Алтай", сообщил в четверг телеканал TRT Haber.
Ərdoğan: Türkiyə hərbi texnikanın mühüm ixracatçısına çevrilib (VİDEO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Hərbi məhsulların istehsalının yüksək templə artması nəticəsində Türkiyə 10 il ərzində hərbi texnikanın mühüm ixracatçısına çevrilib. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Trükiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilk yerli istehsallı "Altay" tankının təqdimat mərasimində deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə gələcəkdə də özünün hərbi vertolyotlarını, gəmilərini və digər texnikanı istehsal etmək niyyətindədir.

O, həmçinin ümid etdiyini bildirib ki, bu gün təqdim edilən Türkiyə istehsallı ilk "Altay" tankı regionda sabitlik və sülhün təmin edilməsi üçün istifadə ediləcək.

Türkiyə heç kəslə müharibə etmək niyyətində deyil, lakin bununla yanaşı, Türkiyənin təhlükəsizliyinə qarşı təhdid yaranarsa, ölkə bu təhdidlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti