...

Avropa İttifaqının Şərq proqramının Milli Məsləhət Qrupunun ilk iclası başa çatıb (FOTO)

Siyasət Materials 16 Noyabr 2012 17:36 (UTC +04:00)
Trend-in məlumatına görə, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində həyata keçirilən "Təbii və insan tərəfindən törədilmiş fəlakətlərin qarşısının alınması, onlara qarşı hazırlığın və qabaqlayıcı tədbirlərin görülməsi" adlı Şərq proqramı çərçivəsində yaradılmış Milli Məsləhət Qrupunun noyabrın 14-15-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin və proqramın icraçısı EPTISA şirkətinin təşkilatçılığı ilə ilk iclası keçirilib.
Avropa İttifaqının Şərq proqramının Milli Məsləhət Qrupunun ilk iclası başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.İsmayılov/

Avropa İttifaqının Şərq proqramının Milli Məsləhət Qrupunun ilk iclası başa çatıb.

Trend-in məlumatına görə, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində həyata keçirilən "Təbii və insan tərəfindən törədilmiş fəlakətlərin qarşısının alınması, onlara qarşı hazırlığın və qabaqlayıcı tədbirlərin görülməsi" adlı Şərq proqramı çərçivəsində yaradılmış Milli Məsləhət Qrupunun noyabrın 14-15-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin və proqramın icraçısı EPTISA şirkətinin təşkilatçılığı ilə ilk iclası keçirilib.

Tədbirdə Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, o cümlədən beynəlxalq təşkilatların və ətraf mühitin mühafizəsinə cavabdeh olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə Şərq proqramının məqsədi, fəaliyyət istiqamətləri və proqram çərçivəsində görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Şərq proqramının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vladimir Kuznetçov proqramın ictimaiyyətlə əlaqələr üzrə strategiyası və strategiyaya uyğun olaraq fövqəladə hallarla bağlı görüləcək maarifləndirmə və təbliğat işləri barədə təqdimatla çıxış edib. Proqramın CIS üzrə mütəxəssisi Radovan Hilbert təqdimatla çıxış edərək proqram çərçivəsində hazırlanmış risklərin qiymətləndirilməsi siyasəti və yaradılacaq regional risk atlasının ilkin konsepsiyası barədə geniş məlumat verib.

Şərq poqramı çərçivəsində fəaliyyətin tərəfdaşlar arasında qarşılıqlı müzakirələr və məsləhətləşmələr əsasında həyata keçirilməsi məqsədilə Milli Məsləhət Qrupunun iclaslarının ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti