...

Türkiyə pilotsuz ANKA uçuş aparatlarının seriyalı istehsalına başlayır

Siyasət Materials 19 Noyabr 2012 10:58 (UTC +04:00)
Türkiyə ANKA kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlamağı planlaşdırır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin məsləhətçisi Murad Bayar bəyan edib.
Türkiyə pilotsuz ANKA uçuş aparatlarının seriyalı istehsalına başlayır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyə ANKA kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlamağı planlaşdırır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin məsləhətçisi Murad Bayar bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verir.

Bayarın sözlərinə görə, ANKA PUA qoşunlara gələn ilin sonundan tez daxil olmayacaq.

Onun sözlərinə görə, ANKA Türkiyənin dövlət aviasiya və kosmik sənaye şirkəti tərəfindən istehsal olunacaq.

Türkiyədə ilk kəşfiyyat PUA-nın yaradılması üzrə işlərə 2004-cü ildən başlanılıb. Layihə üzərində 180-ə yaxın mühəndis çalışıb. ANKA orta yüksəklikdə uzunmüddətli uçuş cihazları sinfinə aiddir.
Son illərdə Türkiyənin hərbi-sənaye şirkəti müdafiə təyinatlı yerli məhsulun istehsalına başlayıb.

Hazırda Türkiyədə habelə "Simşək" PUA-nın yaradılması üzrə iş aparılır. Bu, artıq Türkiyə aerokosmik şirkətinin mütəxəssislərinin hazırladıqları ikinci PUA modelidir.

"Simşək" PUA-nın uzunluğu 2,3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə1,5 metr təşkil edir. Pilotsuz təyyarənin maksimal uçuş çəkisi 75 kiloqram, sürəti satta 740 kilometr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti