...

Əhməd Davudoğlu: Qəzzaya qoşun yeridilməsi İsrailin özünə ziyan vuracaq

Siyasət Materials 20 Noyabr 2012 13:44 (UTC +04:00)
Qəzza sektoruna quru qoşunların yeridilməsi, ilk növbədə, İsrailin özünə ziyan vuracaq, çünki bu, Təl-Əvivin regionda daha da təcrid olunmasına gətirib çıxaracaq.
Əhməd Davudoğlu: Qəzzaya qoşun yeridilməsi İsrailin özünə ziyan vuracaq

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Tağıyeva/

Qəzza sektoruna quru qoşunların yeridilməsi, ilk növbədə, İsrailin özünə ziyan vuracaq, çünki bu, Təl-Əvivin regionda daha da təcrid olunmasına gətirib çıxaracaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

XİN rəhbəri bildirib ki, Türkiyə və regionun başqa ölkələri İsrailin yerüstü əməliyyata başlamağa hazır olması barədə bəyanatlarını həyəcanla qarşılayır.

"Beləliklə, İsrail özünün təcavüzkar statusunu qəti olaraq möhkəmləndirəcək və özünü region ölkələrindən daha da təcrid edəcək", - Davudoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti