Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Tağıyeva/
İsrail müdafiə bəhanəsi ilə fələstinlilərə qarşı etnik təmizləmə siyasəti aparır. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, İsrailin Qəzza sektoruna təcavüzünə haqq qazandıran ölkələr burada onlarla dinc sakinin ölümünə göz yumur.
BMT-nin fəaliyyətini tənqid edən Baş nazir əlavə edib ki, bu təşkilatın ədalətli olması şübhə doğurur, çünki Suriya və Fələstin böhranları BMT-nin bır sıra daimi üzvləri səbəbindən hələ də həll edilməyib.