...

Azərbaycan və Sinqapur prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub (FOTO)

Siyasət Materials 21 Noyabr 2012 10:36 (UTC +04:00)
Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub
Azərbaycan və Sinqapur prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcəkdir.

Qeyd edilmişdir ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılmışdır ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər vardır.

Bildirilmişdir ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir.

Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlindi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti