...

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyini sevən diplomatlar bu ölkəyə gələn kimi ağıllarını itiriblər

Siyasət Materials 21 Noyabr 2012 13:51 (UTC +04:00)
Ermənistanın apardığı siyasət savad testindən keçmir, Ermənistan rəhbərliyinə məsləhət verməli olan, onu sevən diplomatlar da bu ölkəyə gələn kimi ağıllarını itirib, ermənilər səviyyəsində siyasət aparırlar.
Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyini sevən diplomatlar bu ölkəyə gələn kimi ağıllarını itiriblər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın apardığı siyasət savad testindən keçmir, Ermənistan rəhbərliyinə məsləhət verməli olan, onu sevən diplomatlar da bu ölkəyə gələn kimi ağıllarını itirib, ermənilər səviyyəsində siyasət aparırlar. Bunu çərşənbə günü Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Serj Sarkisyanın "erməni soyqırımı"nı aktiv müzakirə mövzusu kimi göstərməsi çox şeyi bəlli etdi.

"Fransa Prezidenti dərhal bildirdi ki, əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Və ya Sarkisyan da daxil olmaqla, Ermənistan rəhbərliyinin "Ramil Səfərov işi"ni münaqişənin tənzimlənməsinə maneə kimi qələmə vermələri erməni rəhbərliyinin tamamilə küt olduğunu göstərir. Bu adamlar Ramil Səfərovun bir müraciətindən asılıdırlar. Ramil Səfərov Macarıstan məhkəməsinə müraciət edib, yenidən ədalət mühakiməsi tələb edən kimi Ermənistan rəhbərliyinin arqumental əsası sıradan çıxır", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Latviya xarici işlər naziri Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə danışmağın yersiz olduğunu bildirdiyi halda, Ermənistan xarici işlər naziri Dağlıq Qarabağ məsələsində Latviya və Ermənistanın eyni cür düşündüklərini bildirdi.

"Belə alınır ki, hər iki dövlətin mövqeyi Dağlıq Qarabağın müstəqilliyinin nə indi, nə də gələcəkdə tanınmamasından ibarətdir. Latviya nazirinin Moldovadan alınmış raketlərin ləğvi məsələsini qaldırması ehtimalı da çoxdur. İl ərzində beynəlxalq aləmdə nüfuza malik bir neçə dövlət, təşkilat, dini qurum təmsilçiləri, ayrı-ayrı siyasətçilər həm xaricdə, həm də Ermənistana gələrək rəsmi Yerevandan Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyi, Dağlıq Qarabağı Azərbaycana qaytarmağı xahiş etmişlər. Beynəlxalq ictimaiyyətin mövqeyi belədir", - Əhmədoğlu qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Prezidenti və baş naziri düzgün informasiyaları yaxına buraxmırlar, sanki mağarada yaşayırlar. Ermənistan rəhbərliyi sübut etdi ki, qloballaşma dövründə, bütün dünyanın inteqrasiya etməsi şəraitində mağara adamı olmaq mümkündür.

"Ermənistan rəhbərliyinin davranışı ruhi xəstənin davranışına bənzəyir, eləcə də tamamilə savadsızdırlar. Ona görə də parlamentin spikeri Ovik Abramyan yenidən təhsil alması üçün birinci sinfə, baş nazir Tiqran Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan ruhi dispanserə, prezident Serj Sarkisyan isə öncə ruhi dispanserə, daha sonra məktəbə göndərilməlidir", - politoloq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti