...

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası işinə başlayıb (FOTO)

Siyasət Materials 22 Noyabr 2012 10:17 (UTC +04:00)
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası öz işinə başlayıb.
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, 35 ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi tədbir Azərbaycan barədə təqdimat videosu ilə başlayıb.

İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalararası dövrlərdə qurumun Daimi Komitəsinin hazırlıq və proqram tərtib etmək məqsədi ilə müxtəlif ölkələrdə iclasları keçirilir.

Qeyd edək ki, bu ilin iyun ayında Bakı şəhərində Baş Abbambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb. VII Baş Assambleyada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq.

Yeni Azərbaycan Partiyası bu Konfransın İdarə Heyətinə daxil olan 21 partiyadan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti