...

Filippin parlamentinin keçmiş sədri: Azərbaycan yetişkən, uğurlu və demokratik ölkədir

Siyasət Materials 22 Noyabr 2012 11:34 (UTC +04:00)
Azərbaycan yetişkən, uğurlu və demokratik ölkədir.
Filippin parlamentinin keçmiş sədri: Azərbaycan yetişkən, uğurlu və demokratik ölkədir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan yetişkən, uğurlu və demokratik ölkədir. Trend-in məlumatına görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının yaradıcısı, beş dəfə Filippin parlamentinin sədri olmuş Xose de Venesiya Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda xeyli sayda siyasi partiyalar mövcuddur.

"Bu qədər partiyanın olması ölkədə demokratiyanın qurulduğunu göstərir", - de Venesiya əlavə edib.

O, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirdiyini qeyd edib.

Azərbaycanda yoxsulluğun 5-6 faizədək azaldıldığını bildirərək de Venesiya deyib ki, yoxsul təbəqənin orta təbəqəyə keçməsi insan həyatında ən böyük nailiyyətlərdən biridir.

"Azərbaycan bu gün öz inkişafı ilə Qafqazı bütün dünyada yüksəldir. Bu, Azərbaycanın və Qafqazın təsirindəndir. Ermənistan və Gürcüstan da Qafqazdır. Nə qədər olmasa da, Azərbaycanla Ermənistan arasında bağlar var. Gərək siyasi bağlar da olsun", - o, deyib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının məqsədlərindən danışan de Venesiya bildirib ki, Asiya xalqlarının vahid birliyini yaratmaq istəyirlər: "Biz buna hələlik ancaq yaxınlaşırıq, tam həll edə bilmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti