...

Gürcüstan parlamentində çilçıraqlar yerə tökülür

Siyasət Materials 22 Noyabr 2012 16:18 (UTC +04:00)
Gürcüstan parlamentinin Səhiyyə komitəsinin sədri Dmitri Xundadzenin iş kabinetində işıqlandırma qurğusu tavandan yerə düşüb.
Gürcüstan parlamentində çilçıraqlar yerə tökülür

Gürcüstan, Tbilisi, 22 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin Səhiyyə komitəsinin sədri Dmitri Xundadzenin iş kabinetində işıqlandırma qurğusu tavandan yerə düşüb.

Trend-in məlumatına görə, hadisə komitənin iclası zamanı baş verib və çilçıraq deputatların masasının üzərinə düşüb.

Xundadzenin qeyd etdiyi kimi, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bununla yanaşı, o qeyd edib ki, kifayət qədər ağır olan çilçırağın yerə düşməsi deputatların həyatını təhlükə qarşısında qoyub.

Xundadze insanlar üçün təhlükə törətməməsi üçün parlamentin binasındakı işıqlandırma qurğularının vəziyyətinin öyrənilməsi barədə göstəriş verib.

"Əvvəllər zədələnmiş tavandan yağış damcıları damanda biz yalnız gülürdük. İndi isə gülmək vaxtı deyil", - deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti