...

Qafqaz Müsəlmanları İdarəsində Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Siyasət Materials 28 Noyabr 2012 16:31 (UTC +04:00)
Bü gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycanın millət vəkilləri ilə Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhmanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında QMİ-də görüş keçirilib.
Qafqaz Müsəlmanları İdarəsində Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bü gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycanın millət vəkilləri ilə Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhmanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında QMİ-də görüş keçirilib.

Trend-in məlumatına görə, qonaqları salamlayan Allahşükür Paşazadə Azərbaycan ilə Pakistan arasında yüksək dosluq əlaqələrinin olduğunu vurğulayıb. O qeyd edib ki, Fəzl Ur Rəhman hər zaman beynəlxalq konfranslarda və digər tədbirlərdə Azərbaycana dəstək olub.

Paşazadə Pakistan ilə Azərbaycan arasında xüsusi əlaqələrin olduğunu qeyd edib. O, Azərbaycan ilə Pakistanın oxşar problemlərdən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirən qonaq yenidən Azərbaycana gəlməsindən çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycana ilk gəlişindən bəri ölkədə inanılmaz dəyişikliklər baş verib, Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri isə böyük inkişaf yolu keçib.

Fəzl Ur Rəhman qeyd edib ki, Azərbaycanda müxtəlif din nümayəndələri sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant bir ölkə olduğunu göstərir. O, hər iki ölkənin bir-birinə daim dəstək göstərdiyini vurğulayıb.

Qonaq, həmçinin Allahşükür Paşazadəni Pakistana dəvət etmək istəyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən millət vəkili Fəttah Heydərov Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin İslam dünyasında inkişafa yol açdığını diqqətə çatdırıb və bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini bildirib.

Millət vəkili qeyd edib ki, Pakistanın uğurları həmişə Azərbaycanı sevindirir.

Sonda QMİ tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti