Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan xərclər artırıldı. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
"2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə iki milyon manatın ayrılması nəzərdə tutulurdu", - Şərifov bildirib.
Qeyd edək ki, Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir.
Xatırladaq ki, 2013-cü il üzrə dövlət büdcəsinin Milli Məclisdə bundan əvvəl keçirilən müzakirəsi zamanı bəzi millət vəkilləri siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artırılması təklifi ilə çıxış etmişdilər.