...

Azərbaycan XİN: Xəzər dənizinin şimal hissəsi faktiki olaraq sahilyanı dövlətlər arasında bölüşdürülüb

Siyasət Materials 6 Dekabr 2012 15:36 (UTC +04:00)
Xəzər dənizinin şimal hissəsi faktiki olaraq sahilyanı dövlətlər arasında bölüşdürülüb, dənizin dibi üzrə problem yoxdur.
Azərbaycan XİN: Xəzər dənizinin şimal hissəsi faktiki olaraq sahilyanı dövlətlər arasında bölüşdürülüb

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

Xəzər dənizinin şimal hissəsi faktiki olaraq sahilyanı dövlətlər arasında bölüşdürülüb, dənizin dibi üzrə problem yoxdur. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Biz indiyədək bu istiqamətdə müəyyən yol keçmişik, mövcud məsələ ilə bağlı çox mühüm saziş, qarşılıqlı anlaşma əldə edilib", - nazir müavini vurğulayıb.

Xələfov qeyd edib ki, Azərbaycan Türkmənistan və İranla danışıqları davam etdirir.

"Fikrimcə, mövcud beynəlxalq hüquqi baza, beynəlxalq təcrübə və bu məsələyə cəlb olunmuş dövlətlərin könüllü iradəsi bizə Xəzər dənizinin bölüşdürülməsi məsələsi üzrə gələcəkdə irəliləməyə və ümumi razılığa gəlməyə imkan verəcək", - nazir müavini deyib.

Onun sözlərinə görə, statusa dair danışıqlar nazir müavinləri səviyyəsində davam edir, işçi qrupu daim fəaliyyət göstərir.

"Biz indiyədək razılaşdırılmayan konvensiya layihəsinin müddəaları üzərində işləyirik. Ümid edirəm ki, Xəzəryanı dövlətlərin hamısının ümumi iradəsi və sənəd layihəsi üzərində ardıcıl iş Xəzərin statusunun razılaşdırılması üzrə razılıq əldə etməyə imkan verəcək", - Xələfov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti